Artikul üzrə sürətli sifariş

fhn

Addım 1. Məhsulu səbətə əlavə edin

Əgər sizin sifariş edəcəyiniz məhsulların siyahısı artıq hazırdırsa, sürətli sifariş funksiyasından istifadə edərək vaxta qənaət edə bilərsiniz. Siz lazımı məhsulu və vasitələr seriyasını tapmaq üçünkataloqu vərəqləməyəcəksiniz, sadəcə artikulu daxil edin və sifarişinizi rəsmiləşdirin.

Saytın yuxarı sağ küncündəki müvafiq işarəni sıxmaqla daxil olun və səbətə keçin.

Burada siz yeni çatdırılma ünvanı əlavə edə və ya onu əvvəl daxil etdiyiniz ünvanlar siyahısından seçə bilərsiniz.Bunu üçün "Çatdırılma formasını seçin" düyməsini sıxın. Sisitem sizə çatdırılma mümkün olan beten ünvanları göstərəcək.

Sifariş vermək istədiyiniz məhsulun artikulunu axrarış bölməsinə daxil edin.

Bütün məhsulları seçdikdən sonra aksiya üzrə məhsullara keçin

Addım 2. Promoaksiya seçimi

Aksiyada olan məhsulların bir hissəsini sifarişə dərhal əlavə edə bilərsiniz. Bəzi aksiyalar isə yalnız səbətdə işləyir, "Sizin səbət üçün aksiyalar" bölməsində. Onun tərkibi qüvvədə olan kataloqdan və sizin şərtlərini icra etdiyiniz aksiyalardan asılıdır.

Aksiya bloklarını kliklədikdə superqiymətə olan məhsulların siyahısı açılır.

Lazım olan aksiyanı tapmaq üçün "Məhsulları seç" düyməsini sıxın. Məhsulun lazım olan miqdarını seçin və "Tətbiq et" düyməsini sıxın.

Sifariş qaydası ilə birlikdə bütün aksiyaların siyahısı hər kataloq dövrünün əvvəlində "Kataloq xəbərləri" bölməsində çap edilir.

"Sizin səbətiniz üçün aksiyalar" bölməsində siz biznesiniz üçün köməkçi vasitələr seçə bilərsiniz (endirimli kataloqlar, sınaq nümunələri və s.)

Əgər sifarişin məbləği endirim tətbiq edilməsi üçün kifayət deyilsə, bəzi aksiyalar gürünməyə bilər. Belə olan halda sifarişinizə məhsullar əlavə edin və lazimi aksiya "Sizin səbətiniz üçün aksiyalar" bölməsində açılacaq.

Addım 3. Sifarişin rəsmiləşdirilməsi

"Sifarişin yekunu" blokunda göstərilib: sifarişin kataloq qiyməti ilə qiyməti, tətbiq edilən endirimlərlə qiyməti, sifariş müqabilində əldə edilən ballar. Sifarişin rəsmiləşdirilməsinə davam etmək üçün "Davam et" düyməsini sıxın. Bundan sonra sifarişin qəbzi və yekun qiyməti olan pəncərə açılacaq. Burada bağlamanın ümumə çəkisi və sifarişinizdəki məhsulların ədədlə sayı də əks olunacaq. Bu addımda çatdırılma variantlarıdan birini seçmək olar:

  • Sifarişi bir dəfəyə götürmək (bütün məhsullar anbarda olduqda)
  • İki hissəyə bölmək (siz əvvəlcə anbarda olan məhsulları alacaqsınız, qalanlarını isə axırıncı da gətirildikdə)
  • Gəldikcə (biz məhsulları gəlmə ardıcıllığına görə birləşdiririk və sifarişi bir neçə yerə bölürük)

Buradan siz lazım gələrsə, "Geriyə" düyməsini basıb geriyə qayıda bilərsiniz.

Sifarişin rəsmiləşdirilməsini tamamlamaq üçün "Sifariş et" düyməsini sıxın. Sizin sifarişin təslləndiyinin əks olunduğu pəncərə açılacaq.

Diqqət yetirin: Siz "Sifariş et" düyməsini sıxdıqdan sonra sifarişin təsdiqini ləğv etmək mümkün olmayacaq, siz onu ancaq silə bilərsiniz.

Sifarişi ödəmək üçün "Ödəməyə keç" düyməsini sıxın