Öz istehsalımız

production

Faberlic şirkətinə məxsus Faberlik-Moskva fabriki - bu, texnikanın son nailiyyətləri təchiz edilmiş 45 min kvadratmetrdən artlq sahədir

Faberlic-in istehsalı Avropa keyfiyyət standartlarına əsaslanır, ən qabaqcıl ekoloji avadanlıqalar, kosmetik vasitələrin avtomatik istehsal xətləri, qablaşdırılması ilə təchiz edilib,

Avtomatlaşdırılmış istehsal prosesi yüksək texnologiyalardan - vakuum homogenizatorlardan istifadə edərək yüksəkkeyfiyyətli məhsullar istehsal etməyə imkan verir. Onların köməyi ilə submikron ölçülərə malik (0,1-0,5 mkm) hissəciklərlə ən kiçik kreməbənzər emulsiyalar yaratmaq mümkündür.

İstehsal sahələrinin potensial gücü və istehsal sahələrinin həcmi səviyyəsi fabriki Rusiyanın ən iri kosmetika müəssisələrindən birinə çevirir.

Fabrikin istehsal etdiyi bütün məhsulların hamısı QOST-a və SanPiN-ə uyğun olaraq yoxlamadan keçir. Faberlic ekoloji təmiz və təhlükəsiz məhsullar istehsal edən şirkətlərin dövlət reyesterinə salınıb.

2010-ci ildə Şirkət kosmetika məhsulu istehsalının uyğunluq sertifikatını əldə etdi ISO 22716 Cosmetics – Good Manufacturing Practices (GMP). Bu, "Kosmetik vasitələr. Uyğun GMP istehsalı təcrübəsi" beynəlxalq standartıdır, bu standart 2007-ci ildə kosmetik məhsullar istehsal edən şirkətlər üçün işlənib-hazırlanıb. GMP qaydalarına əməl etmək istehsal prosesinin standartlaşdırmağa, yüksək keyfiyyətli məhsul istehsal etməyə imkan verir və məhsulu beynəlxalq bazara çıxarılması üçün mütləq şərtdir.

Faberlic qabaqcıl Avropa fabrikləri ilə, daha çox innovativ məhsullar təklif edən italyan dekorativ kosmetika istehsalçıları ilə əməkdaşlıq edir. Parfüm kompozisiyaları isə Fransada Toma Fonten, Bertran Düşofur, Delfon Lebo, Antuan Li və bir çox digər məşhur ətriyyatçıların rəhbərliyi altında istehsal olunur.

pr-2pr-4 pr-3

pr-1