Miniatür dəsti Romantic Collection

Geri qaytarmaq mümkündür
Artikul: 3060
Əldə yoxdur
Sizin qiymət:
499 руб.
Köhnə qiymət
650 руб.
Daxil olmasını gözləyirik

Təsviri

Tərkibi

Qulluq

Xarakteristikalar

Necə istifadə etməli

Sertifikatlar

Miniatür dəsti Romantic Collection – gözəl qutuda ətir-bestsellerlər – hədiyyə üçün əla həll!

Yumşaq çiçək-kirşanlı Beauty Cafe ətri sizi rahat kafenin atmosferinə dəvət edir, yavaş-yavaş edilən söhbətdən zövq alaraq dadlı tikəni dadmağa. Eleqant, zərif ətir nəzərləri üstünüzə çəkir və sizin arxanızca boylanmağa sövq edir...

Ətrin istiqaməti: çiçək-kirşanlı.

Yuxarı notları: naringi, çəhrayı qönçələr, çökə çiçəyi, portağal, alma.
Ürəyin notları: qızılgül, jasmin, bənövşə kökü, ilanq-ilanq, freziya, qərənfil, pion.
Şleyf: tonka paxlası, ağ müşk, süsən, ənbər, ağac mamırı.

Renata Secret ətri

Yaşıl əncir, şirəli berqamot və suzanbağının bəlağətli ətri əsl qadın obrazı yaradır, qızılı ənbər və tüstülü yoncanın yumşaq səslənməsi ilə heyran edir. Sənin heyranedici obrazının və təkrarsız tərzinin sirri başgicəlləndirici Renata Secret-in hər bir damlasındadır.

Ətrin istiqaməti: çiçəkli-yaşıl.

Yuxarı notları: berqamot, sitron, qara bibər.
Ürəyin notları: yaşıl əncir, su zanbağı, freziya
Baza notları: yonca, qızılı ənbər, müşk

UViolet ətri həssas, zərif və qətiyyətli xanımlar üçündür, öz intuisiyasının gücünə inanan, gələcəyə cəsarətlə baxan, arzunun arxasınca gedən və kütlədən fərqlənməkdən qorxmayan.

Ətrin istiqaməti: çiçək-meyvəli

Yuxarı notları: çəhrayı qrepfrut, yaşıl yarpaqlar.
Ürəyin notları: bənövşəyi səhləb, al-qırmızı maqnoliya, krokus, liziantus, böyürtkən.
Baza notları: ənbər, vanil, ağ ağac.

Çəki: 18.1 q.

İstehsal edən ölkə: Rusiya

Faberlic ASC-nin sifarişi ilə hazırlanıb, Rusiya, Moskva, Nikopolskaya küç., 4

Ətri düzgün necə vurmalı?

Ətir ən yaxı qanın dövr etdiyi yerlərdə "səslənir":

  • Biləyin işi (nəbzimizi yoxladığımız yer),
  • Dirsək (iç tərəfi),
  • qulaqların arxası,
  • Sinənin çökük hissəsi.

Ətir saçlarda yaxşı qalır, buna görə də boyunun arxa tərəfinə ətir sıxmaqda fayda var.

Əgər arxanızca gözəl ətir şleyfinin sürünməyini" istəyirsinizsə, ətri dizlərin alt hissəsinə, paltarın iç tərəfdən ətəklərinə vurmaq olar.

Sonra sizə ətri üzüyuxarı havaya püskürtməyi bu ətir buluduna daxil olmağı məsləhət görürük.

Ətri necə seçməli?

Qayda bir 1.Dərhal çox ətri yoxlamaq lazım deyil. 3-4 ətirlə tanış olun, bu zaman Siz onları səhv salmayacaq və ətri yadda saxlaya biləcəksiniz.

Qayda 2. Ətri şüşəsindən qapağına vurmayın. Çalışın ki, ətri ya birbaşa şüşəsindən, ya da sınaq nümunəsindən eşidəsiniz. Onu blotterə və ya təmiz dəsmala vurun. Bu yolla ətri bəyəndikdən sonra onu mütləq dərinizə vurun ki, sizin dərinizdə onun necə "yaşadığını" başa düşəsiniz. Sizdə və sizin rəfiqənizdə eyni ətir tamamilə fərqli səslənə bilər.

Qayda 3. İlkin təəssürata görə ətir almayın. Onunla bir az gəzin, ürəyin notlarını gözləyin (10-15 dəqiqədən sonra), o, ən uçucu yuxarı notlar buxarlanıb getdikdən sonra sizi bütün gün müşayiət edəcək, ona görə də yalnız bundan sonra ətri almağa qərar verin.

Qayda 4. Nəzərə alın: hava, iqlim şərtlərini və vəziyyət faktorlarını. Unutmayın ki, rütubətli isti iqlimdə ətir daha intensiv yayılır, nəinki soyuq və quru mühitdə. Daha yüngül ətirlər universaldırlar, parlaq və zəngin ətirlər isə ofisdə və çimərlikdə həmişə yerinə düşməyə bilər. Amma romantik görüş zamanı onlar böyük ehtimalla diqqəti üzərlərinə çəkəcəklər.

Qayda 5. Ətir seçmə prosesini həzzə çevirin. Yaxşı əhval ən gözəl məsləhətçidir özü də ətir seçmək kimi çətin bir işdə.

Sizin qiymət:
499 руб.
Köhnə qiymət
650 руб.

Tövsiyələr və şərhlər 2

 :
Rəy yaza bilmək üçün daxil olmaq və ya qeydiyyatdan keçmək lazımdır.
НК
Наталья К.
715784789 | 17.12.2019
Qiymətləndirmə
Красивое оформление коробочки, и в коробочке все очень даже замечательного запаха!!! Покупала в подарок, но без всяких оставлю себе. 3 разных аромата на все случаи!!! Не знаю как кому, а мне очень нравятся все 3!!!
КЦ
Константин Ц.
330339651 | 21.11.2019
Qiymətləndirmə
Моим женщинам понравилось!