Qadınlar üçün parfüm suyu Tavarua

Geri qaytarmaq mümkündür
Artikul: 3064
Anbarda var
Sizin qiymət:
829 руб.
Köhnə qiymət
1 400 руб.

Təsviri

Tərkibi

Xarakteristikalar

Necə istifadə etməli

Tavarua Fransız parfümeri Dora Baqriş-Arno tərəfindən eksklüziv olaraq Faberlic üçün yaradılmışdır.

Cənnətin yer üzündə olduğu an!

Deyəsən bu dünyada yalnız sən varsan. Sakit Okeanda, sonsuz qumlu çimərliklərdə, mavi sularda və əbədi yayda itirilən demək olar ki, izsiz tropik ada Tavarua. Sevgi və azadlıq adası, yer üzündə öz cənnətiniz. Yalnız ikiniz üçün. Bundan artıq nə lazımdırki?

Ətirin istiqaməti: çiçəkli-meyvəli, müşk ətri.

Eşq dənizinə qərq olun! Parlaq nar ətri incə günəş altında çiçək açan jasmin incəliyi ilə iç-içədir. Ağ çay və müşkin yüngül notları ən səmimi hissləri oyadır və sanki ikiniz yavaş-yavaş sonsuz qumlu çimərlikdə gəzirsiniz.

Tavarua ətirinin olfaktor piramidası:

Üst notlar: çəhrayı freziya, şaftalı, nar, qırmızı qarağat.

Mərkəz notları: ağ çay, jasmin, pion.

Şleyf: Atlas sidri, müşk, Madaqaskar vanili.

Əsas notlar: nar, ağ çay, jasmin.

Qablaşdırma: 50 ml sprey şüşəsində buraxılır.

Son istifadə tarixi: qablaşdırmada göstərilən istehsal tarixindən 5 il.

Uyğunluq Bəyannaməsi

Alcohol denat., Aqua, Parfum, Butylphenyl Methylpropional, Limonene, Linalool, Citronellol, Geraniol, Benzyl Alcohol, Isoeugenol, Citral.

Həcm: 50 ml.

İstehsal edən ölkə: Rusiya

Faberlic ASC-nin sifarişi ilə hazırlanıb, Rusiya, Moskva, Nikopolskaya küç., 4

Ətri necə düzgün tətbiq etməli?

Ətir ən yaxşı qanın pulsasiya etdiyi yerlərdə daha yaxşı səslənir:

  • biləklərimiz (pulsu yoxladığımız yerdə);
  • qol əzələmiz (daxili tərəfi);
  • qulaqların arxasında;
  • döş nahiyəsindəki çökəklikdə.

Saçlar ətri yaxşı saxlayırlar, buna görə də boyun və boyunun arxasına tətbiq etmək olar.

Əgər arxanızca çox gözəl ətirıi şleyfin «getməsini» istəyirsinizsə, ətiri dizlərinizin arxa hissəsinə və paltarınızın əks tərəfinə tətbiq etmək olar.

Son olaraq ətiri yuxarıya və  püskürtməyi və bu buluda daxi olmağı tövsiyə edirik.

Ətri necə seçməli?

Qayda 1. Eyni zamanda çoxlu ətirlər sınamağa dəyməz. 3-4 ətirlə tanış olun, o zaman Siz onları qarışdırmayaraq ətirlərini yadınızda saxlaya biləcəksiniz.

Qayda 2. Ətri flakondan qapağına püskürtməyin. Ətri birbaşa flakondan və ya sınaq nümunəsindən qoxlamayın. Onu blotterə bə ya təmiz bir məndilə tətbiq edin. Xoşunuza gələn ətri bu cür seçdiyinizdə, onu mütləq dərinizə tətbiq edin ki, onun sizin dərinizə necə "yaşadığını" anlayasınız. Sizdə və sizin rəfiqənizdə eyni ətir tamamilə başqa cür səslənə bilər.

Qayda 3. İlk təəssüratlara əsasən ətir almayın. Onunla bir az gəzin, ən uçucu, üst notlar zəiflədikdən və gün boyu sizi müşayiət edəcək mərkəz notlarını (15-30 dəqiqə sonra) gözləyin. yalnız bundan sonra seçiminizi edin.

Qayda 4. hava, iqlim və situasiya faktorlarını nəzərə alın. Nəmli isti havada ətirlərin soyuq və quru havaya nisbətən daha intensiv yayıldığını unutmayın. Daha yüngül qoxular çox yönlüdür və parlaq və sıx kompozisiyalar hər zaman ofisdə və ya çimərlikdə uyğun olmaya bilər. Ancaq romantik bir görüşdə özlərinə diqqət çəkmə ehtimalı daha yüksəkdir.

Qayda 5. Ətir seçmə prosesini həzzə çevirin. Ətir seçmək kimi çətin bir məsələdə yaxşı əhval-ruhiyyə ən yaxşı məsləhətçidir.

Sizin qiymət:
829 руб.
Köhnə qiymət
1 400 руб.
Rəy yoxdur