Paylaş

Sınaq nümunəsi 11751,Qatılaşdırılmış paltar kondisioner, aromakapsullarla "Dom faberlic" seriyası

Artikul: 
11751
Sizin qiymət
60 руб.
Satışda var
Qalereya
Məhsul haqda
Tərkibi
Necə istifadə etməli
Sertifikatlar
Rəylər
Sınaq nümunəsi 11751,Qatılaşdırılmış paltar kondisioner, aromakapsullarla "Dom faberlic" seriyası

Çox qənaətli paltar ultrakondisioneri "Rəng və liflərin qorunması" – hər yuyulma zamanı əvəzedilməz əlavədir.

Buğda proteinləri əsaslı biopolimerli xüsusi formul parçaların liflərini zədələrdən və rənginin qaçmasından qoruyur, ilkin parlaqlıq və bəyazlığını saxlayır, tiftik və xovluluğun əmələ gəlməsinin qarşısını alır.

  • Parlaq rəngli və ağappaq məmulatların, printlərin, trikotajın, yun parçaların yuyulması zamanı istifadəsi məsləhət görülür.
  • Parçaların parlaqlıq və bəyazlığını bərpa edir.
  • Lif və xovların əmələ gəlməsinin qarşısını alır.
  • Parçaların yumşalmasını təmin edir.
  • Çox qurumuş və qalın parçaların ütülənməsini asanlaşdırır.
  • Parçalardakı statik elektriki aradan qaldırır.
  • Əşyalara günəşli səhər və təzə otların ətrini verir.
  • 0+ paltarların yuyulması üçün istifadə edilə bilər.
  • Qənaətli istifadəni təmin edir: 1 flakon 30 yuma üçün nəzərdə tutulub.
  • Bioparçalanandır.
  • Tərkibində fosfatlar və boyaq maddələri yoxdur.
  • Ultrakondisioner qeyri-adi yumşaqlıq verir və yuma zamanı su və yuyucu vasitələrin uzunmüddətli təsirindən sonra parçaların zərifliyini bərpa edir.

    İstifadə müddəti: Qabının üzərində göstərilən istehsal tarixindən etibarən 24 ay.

    Həcmi: 50.0 ml.

    İstehsalçı ölkə: Rusiya

    Tərkibi

    Tərkibi: 30%-dən çoxu su, 5-15% KPAV, 5%-dən az: buğda proteini əsaslı biopolimer, kalsium-xlorid, ətirləndirici, konservant.

    Ekoloji təmiz tərkib:

  • Təbii mənşəli esterkvat (KPAV) – statik elektrikin aradan qaldırılması və yumadan sonra parçaların aktiv yumşaldılması.
  • buğda proteini əsaslı biopolimer – rənglərin yenilənməsi, parçaların liflərinin bərpası və strukturunun qorunması.
  • Mineral duz (Kalsium-xlorid) – məhsulun reologiyasının dəstəklənməsi.
  • Ətirli maddələr kompozisiyası «Clean label» – zərif ətir verən maddələr kompleksi.
  • Konservant – saxlama zamanı zərərli mikroorqanizmlərin inkişafının qarşısını alın komponent.
  • Necə istifadə etməli

    İstifadədən əvvəl flakonu yaxşıca silkələyin. Müxtəlif növ parçalarda istifadə etmək olar. Qatılaşdırılmış vasitənin parça ilə birbaşa təmasından qaçının

    Maşın yuması zamanı:

    Kondisioneri paltaryuyan maşının

    durulaşdırıcı üçün nəzərdə tutulmuş xüsusi gözünə tökün (paltaryuyan maşının istifadə təlimatına baxın):

  • 4-5 kq paltar/ standart yuma və xüsusi parçalar – 15-20 ml (1/2 ölçü qapağı).
  • 6-8 kq paltar/ qalın parçalar, kətan, xovlu dəsmallar – 20-25 ml (1 ölçü qapağı).
  • Əllə yuma zamanı:

    Son durulama zamanı 10-15 ml kondisioneri tasa töküb yaxşıca qarışdırın. Əldə etdiyiniz qarışıqda paltarları 3 dəqiqə isladın. Bundan sonra paltarları sıxıb çıxarın və qurudun.

    Təhlükəsizlik tədbirləri:

    Uşaqların əlləri çatmayan yerdə saxlayın. Təyinatına uyğun istifadə edin.

    Diqqət! Gözə düşərsə qıcıqlanmaya səbəb olur. Gözə düşdüyü təqdirdə 15-20 dəqiqə ərzində bol su ilə yumaq lazımdır. Kontakt linzalarını çıxarın (əgər varsa). Dəriyə töküldükdə qıcıqlanmaya səbəb ola bilir. Paltarları əllə yuduqdan sonra əlləri təmiz yumaq lazımdır. Dərinin yüksək həssaslığı və ya əl dərisində yaralar olarsa, rezin əlcəkdən istifadə edin.

    Dərinin yaralı hissəsinə düşərsə su ilə yaxşı yuyun. Dəri qıcıqlanmaları zamanı tibbi yardıma müraciət edin.

    Udularsa, zərərli ola bilər. Təsadüfən udularsa, ağzınızı su ilə yaxalayın. Özünüzü istənilən pis hiss etmə halında qabını (etiketi) özünüzlə götürüb tibbi yardıma müraciət edin.

    Saxlama qaydası:

    +5 °С-dən +25 °С-dək temperaturda quru yerdə saxlayın.

    Tövsiyələr və şərhlər 1

     :
    Rəy yaza bilmək üçün daxil olmaq və ya qeydiyyatdan keçmək lazımdır.
    СГ
    Светлана Г.
    721732715 | 17.01.2021
    Qiymətləndirmə
    Взяла пробник из любопытства. Запах приятный, эффект как от обычного кондиционера для белья. Брать можно.