ONLINE
Paylaş

Sınaq nümunəsi 30027_Oksigenli ləkəçıxarıcı EXTRA OXY, FABERLIC HOME seriyası

Artikul: 
30029
Sizin qiymət
60 руб.
Satışda var
Geri qaytarmaq mümkündür

Təsviri

Tərkibi

Qulluq

Xarakteristikalar

Necə istifadə etməli

Sertifikatlar

Artıq paltarları kimyəvi təmizləməyə aparmağa ehtiyac yoxdur! Yeni ləkəçıxarıcı hətta köhnə ləkələrin öhdəsindən də gəlir!

Oksigenli maye ləkəçıxarıcı Extra Oxy alman şirkəti Rohm &, Werner*-lə birgə paltar yumaq üçün professional vasitələr sahəsindəki innovasiyalardan istifadə edilərək hazırlanıb. ,EKoloji təmiz oksigenli ağardıcı və təbii fermentlərdən ibarət yuyucu kompleks əsasında yaradılıb.

  • Müxtəlif təbiətli ləkələrin ağ və rəngli parçalardan təmizlənməsində effektlidir (tər, ot, qan, meyvə, şirə, çay, qəhvə, şərab, yağlı souslar, qida məhsulları, kosmetika, zelyonka, yod, yağlar, qətranlar, qudron və s.)
  • Tərkibində boyaq maddələri və ətiləndiricilər yoxdur.
  • Tərkibində xlor və fosfatlar yoxdur.
  • Çətin çıxan, qurumuş ləkələr və geniş spektrdə çirklənmələr zamanı yuyucu tozun təsirini gücləndirir.
  • Hətta aşağı yuma temperaturlarında belə kirləri aradan qaldırır.
  • Ağ və rəngli parçalarda istifadə etmək olar.
  • Parçalar üçün təhlükəsizdir.
  • Xalça, mebel üzlükləri, həmçinin mətbəxdəki səthlər, çay və qəhvə qablarının ləkədən təmizlənməsi, tanin (çay) və kofein izlərinin aradan qaldırılması üçün istifadə edilə bilər.

*Rohm & Werner professional vasitələrin istehsalı üzrə ixtisaslaşıb - Avropa bazarında qəbil edilmiş davamlı inkişaf, insan və ətraf mühit üçün təhlükəsizlik prinsiplərinə cavab verən yüksəkeffektli qatılaşdırılmış vasitələr. Rohm und Werner GmbH A.I.S.E.-nin üzvüdür, özündə insan və ətraf mühitə qayğı ilə istehsal prinsiplərinə sədaqət nümayiş etdirən Yuyucu və təmizləyici vasitələrin istehsalçılarının Beynəlxalq Assosiasiyası (Xartiya 2020+).

Tərkibi: 15- 30 %: oksigen əsaslı ağardıcı, natrium-karbonat, natrium-hidrokarbonat, 5 %-dən az: ağartma aktivatoru, istehsalat benzosulfonol turşusu, NPAV, enzimlər kompleksi (proteza, amilaza, mannanaza, lipaza).

Ləkəçıxarıcının unikal ekoloji təmiz tərkibi var:

  • oksigenin aktiv formalı mineral birləşmələri (perkarbonat - oksigen əsaslı ağardıcı) - müxtəlif ləkələri çıxarır, ağardır, sarılığı aradan qaldırır, dezinfeksiyaedici effektə malikdir,
  • mineral duzlar (natrium-karbonat və natrium hidrokarbonat) - codluq duzlarını özlərinə birləşdirib suyu yumşaldır, yüksək yuma keyfiyyəti üçün optimal mühit yaradırlar,
  • orqanik amin (ağartma aktivatoru) aşağı yuma temperaturlarında oksigenli ağardıcının təsirini gücləndirir,
  • Bioparçalanan yuyucu komponentlər (PAV-lar) - yağ ləkələrinə qarşı yüksək effektivlik, ümumi kirlərin aktiv təmizlənməsi və onların parçalardan durulanmasının asanlaşdırılması,
  • təbii fermentlər (enzimlər kompleksi) - proteaza, amilaza, mannanaza və lipazadan ibarət sinergetik kompleks müxtəlifmənşəli ləkələrin çıxarılması üçün.

Çəki: 40 q.

İstehsal edən ölkə: Almaniya

Faberlic ASC-nin sifarişi ilə hazırlanıb, Rusiya, Moskva, Nikopolskaya küç., 4

Yun və ipək üçün istifadə etməyin. Tərkibində xlor olan ağardıcılar ilə birlikdə istifadə etməyin və qarışdırmayın. Alüminium və mis əşyalarda istifadə etməyin.

İstifadə qaydası:

Yuma: aşağıda göstərilən miqdarda ağardıcını maşına tökən zaman yuyucu toza və ya paltar yumaq üçün gelə əlavə edin:

  • Qatılaşdırılmış yuyucu tozla birlikdə istifadə etdikdə 20 1 (1/2 ölçü qaşığı)
  • Rəngli əşyalar üçün qatılaşdırılmış yuyucu tozla və digər istehsalçıların yuma vasitələri ilə birgə istifadə etdikdə 40 q (1 ölçü qaşığı),
  • Çətin çıxan və qurumuş ləkələr üçün dozanı 20 q artırın (1/2 ölçü qaşığı).

Xalçaların təmizlənməsi: 10 q (1/4 ölçü qaşığı) ləkəçıxarıcını 200 ml suya əlavə edin, məhlulu çirklənmiş səthə çəkin, 15-30 dəqiqə gözləyin.

Ləkələrin çıxarılması və islağa qoyma: 40 q (1 ölçü qaşığı) ləkəçıxarıcını 2 l suya əlavə edin. Daha yaxşı nəticə əldə etmək üçün suyun temperaturu 60 °С-dən az olamalıdır. İstifadədən əvvəl məmulatı həmişə rəngini itirib-itirməməyi bilmək üçün yoxlayın: qarışığı paltarın nəzərə çarpmayan hissəsinə çəkin, gözləyin qurusun.

Mətbəx səthlərinin təmizlənməsi (çanaqlar, plitələr, keramik plitələr): tozu nəm səthə səpin, bir neçə dəqiqə gözləyin, sonra kiri nəm süngər vasitəsi ilə silib su ilə yuyun.

Təhlükəsizlik tədbirləri və saxlama qaydaları:

Uşaqların əlləri çatmayan yerdə saxlayın. Təyinatına uyğun istifadə edin. İstifadə etdikdən sonra əllərinizi təmiz yuyun. İstifadə edən zaman yeməyin, içməyin və siqaret çəkməyin.

Ehtiyatli olun! Ciddi göz zədələnmələrinə səbəb olur. Dərhal həkimə müraciət edin. Gözə düşdükdə 15-20 dəqiqə müddətində bol su ilə yuyun. Kontakt linzaları çıxarın (əgər varsa).

Diqqət! Əl dərisinin yüksək həssaslığı və ya zədələri zamanı rezin əlcəkdən istifadə edin. Yaralı hissəyə düşsə, onu su ilə təmiz yuyun. Udulması zamanı zərərli ola bilər. Udduğunuz zaman su ilə ağzınızı yaxalayın. Uzun müddət o havada nəfəs almısınızsa yaxşı havalandırılan yerə keçin. İstənilən özünü pis hiss etmə halında qabını (etiketini) özünüzlə götürüb tibbi yardım üçün müraciət edin.

Ağzı bərk bağlı qabda, sərin, quru, günəş şüaları düşməyən yerdə + 5 - + 30 °С-də saxlayın. Qida maddələri və alışan əşyaların yanında saxlamayın.

Tövsiyələr və şərhlər 2

 :
Rəy yaza bilmək üçün daxil olmaq və ya qeydiyyatdan keçmək lazımdır.
ЕШ
Елизавета Ш.
717709349 | 03.08.2020
Qiymətləndirmə
Доброе утро. Хочу поделиться чудом. Новый сарафан забрызган был бензином. Он не отстирался в стиральной машине. Не отстирался финским мылом для пятен. Не отстирался при замачивании в средстве для плит и духовок. Но вчера взяла пробник пятновыводителя (с первым заказом его ещё заказала, так и лежал в темном углу шкафа), на целый день строго по инструкции замочила. Ночью прополоскала сарафан. Сейчас высох и нет ни одного пятна! 50 рублей цена пробника!!! Может, вообще подарок был с первым заказом. Муж уже говорил в химчистку нести. Один раз сарафан надела. Девочки, это бомба. Чудо средство просто. И цена смешная. Рекомендую в каждый дом теперь. Сделано в Германии.
ЕШ
Елизавета Ш.
717709349 | 31.07.2020
Qiymətləndirmə
Доброе утро. Хочу поделиться чудом. Новый сарафан забрызган был бензином. Он не отстирался в стиральной машине. Не отстирался финским мылом для пятен. Не отстирался при замачивании в средстве для плит и духовок. Но вчера взяла пробник пятновыводителя (с первым заказом его ещё заказала, так и лежал в темном углу шкафа), на целый день строго по инструкции замочила. Ночью прополоскала сарафан. Сейчас высох и нет ни одного пятна! 50 рублей цена пробника!!! Может, вообще подарок был с первым заказом. Муж уже говорил в химчистку нести. Один раз сарафан надела. Девочки, это бомба. Чудо средство просто. И цена смешная. Рекомендую в каждый дом теперь. Сделано в Германии.