ONLINE

Ağ və rəngli parçalar üçün qatılaşdırılmış bio yuyucu tozu Home Gnome Greenly (11892) sınaq nümunəsi

Geri qaytarmaq mümkündür
Artikul: 11983
Anbarda var
Sizin qiymət:
70 руб.

Təsviri

Tərkibi

Xarakteristikalar

Necə istifadə etməli

Home Gnome Greenly qatılaşdırılmış bio yuyucu toz rəngli parçalar üçün cod suda effektiv yuma üçün xüsusi olaraq yaradılıb.

Rəng qoruma sistemi, sevdiyiniz əşyaların rənglərinin parlaqlığını və dolğunluğunu qoruyur, eyni zamanda yuyarkən müxtəlif rəngli parçaların rənginin dəyişməsindən qoruyur.

Yuyucu tozun xüsusi biomineral formulası hətta cod suda belə effektiv yuma üçün hazırlanıb.

Minerallar kompleksi və CEO Lite texnologiyası istənilən temperaturda, istənilən yuma tsiklində və istənilən cod suda ləkələrin keyfiyyətli yuyulması üçün şərait yaradırlar.

Suyun aktiv yumuşaldılması sistemi ən çətin gedən ləkələri yumağa imkan verir və xüsusi yumşaldıcılardan istifadə etmədən belə parçalara xoş yumşaqlıq bəxş edir. Bio yuyucu toz sizin paltaryuyan maşınınızı effektiv şəkildə ərpdən, kirəcdən qoruyur və suyunun yüksək codluğu olan regionlar üçün tövsiyyə edilir.

Bioenzimlər multikompleksi geniş yayılmış ləkə növlərini təmizləyir, böyük və uşaq alt paltarlarındakı çətin gedən qida və fizioloji ləkələrin əla öhdəsindən gəlir.

Mükəmməl təmizlik və parlaq dolğun rənglər!icon ALL3

  • Çətin gedən ləkələrin hətta cod suda belə effektiv təmizlənməsi.
  • BİOMİNERAL formula.
  • Mükəmməl yumşalma və parçaların liflərinin bərpası.
  • Rəngin qorunmasının xüsusi sistemi.
  • Parçaların və printlərin parlaqlığının qorunması.
  • Didilmənin qarşısının alınması.
  • Paltaryuyan maşınının ərp və kirəcdən qorunması.icon 2
  • Bütün ailə üzvlərinin paltarlarını yumaq üçün.
  • Astma və allergiyaya meylli insanlar üçün tövsiyə olunur *.
  • Dermatoloji cəhətdən təsdiqlənmişdir**.
  • Ekoqaşıq qablaşdırmanın içindədir.
  • Super qənaətli - 1 yuma üçün 30 q-dan.

icon 1 копия_copy

Məhsulun keyfiyyəti kral standartına uyğundur! Bio ləkəçıxarıcısının istehsalçısı olan Senzora bv şirkəti Niderland Kral evinin rəsmi predikatına malikdir. Şirkətin nüfuzu və peşəkar səlahiyyətləri tanınıb və təsdiqlənib.

*Sağlamlığa qayğı ilə yaradılmış məhsul. Astma və allergiya - bütün dünyada insanların tez-tez rastlaşdığı problemdir. Asthma Allergy Nordic birliyinin işarəsi, məhsulun bütövlükdə və yuyucu tozun hər bir komponentlərinin ayrıca olaraq ekspert heyətinin ciddi şəkildə nəzarətindən keçdiyini təsdiqləyir.

**Yuyucu tozun dermatoloji təhlükəsizliyi beynəlxalq tədqiqat institutu Dermatest GmbH (Almaniya) sertifikatı ilə sınanıb və təsdiqlənib.

İstifadə müddəti: Qablaşdırmada göstərilən istehsal tarixindən 36 ay.

15-30%: natrium karbonat, natrium hidrokarbonat, zeolitlər, benzosulfonik turşusu törəmələri, 5% -dən az: etoksilləşdirilmiş yağ spirtləri, polikarboksatlar, selüloz əsaslı antisorbent, enzimlər multikompleksi (proteaz, amilaz, mannanaza, pektat-liyaz), etidron turşusu duzu, poliefir.

Çəki: 40 q.

İstehsal edən ölkə: Hollandiya

Faberlic ASC-nin sifarişi ilə hazırlanıb, Rusiya, Moskva, Nikopolskaya küç., 4

Hər zaman əşyaların etiketlərindəki yuyulma qaydalarına əməl edin.

  • Yuyulmadan əvvəl əşyaları rəng, parça növünə və çirklənmə dərəcəsinə görə ayırın.
  • İlk dəfə yeni əşyaları ayrıca yuyun.
  • Ağ və parlaq əşyaları tünd və rəngli əşyalardan ayrı yuyun.
  • Yün və ipək yumaq üçün istifadə etməyin.
  • Rəngli əşyaların yaxşı qalmaları üçün daha aşağı temperaturda yuyun.
  • Paltaryuyan maşının barabanını həddindən artıq yükləməyin.

Ölçü ekoqaşıq qablaşdırmanın içindədir. İstifadədən əvvəl, pambığa tənzimləmək üçün böyürlərini sıxın.

Doza

Yüngül çirklənmələr

Orta çirklənmələr

Ağır çirklənmələr

Maşınla yuyulma

4,5 kq / kg

30 q / g

40 q / g

60 q / g

Əllə yuma

(10 l suya / 10 l of water)

20 q / g

30 q / g

40 q / g

Təhlükəsizlik qaydaları

Təyinatı üzrə istifadə edin.

Diqqət! Gözə düşdükdə şiddətli qıcıqlanmağa səbəb olur. Uşaqların əli çatmayan yerdə saxlayın! İşlədikdən sonra əllərinizi yaxşıca yuyun.

Gözə düşdükdə: bir neçə dəqiqə su ilə eytiyatla yuyun. Kontakt linzaları istifadə edirsinizsə və bunu etmək asandırsa, onları çıxarın. Gözləri yumağa davam edin. Gözldəki qıcıqlanma davam edərsə, həkimə müraciət edin.

Udulduqda: özünüzü pis hiss edirsinizsə həkimə müraciət edin, imkan daxilində, məhsulun qablaşdırmasını həkimə göstərin.

Saxlama şəraiti:

Sərin, quru, birbaşa günəş işığının düşmədiyi yerdə saxlayın. Yemək məhsulları və oddan təhlükəli maddələrlə birgə saxlamayın.

Sizin qiymət:
70 руб.

Tövsiyələr və şərhlər 1

 :
Rəy yaza bilmək üçün daxil olmaq və ya qeydiyyatdan keçmək lazımdır.
ВБ
Вера Б.
2360405 | 29.10.2020
Qiymətləndirmə
Отличный порошок.